Hindistanda toqquşmalarda 10 maoçu üsyançı öldürülüb

22 Noyabr 2024 19:01 (UTC+04:00)

Hindistanın küçələri xaos içindədir.

Çinin inqilabçı lideri Mao Zedonqdan ilhamlanan üsyançılar yenidən küçələrə çıxıb.

İğtişaş törədən qruplar küçələri döyüş meydanına çevirib.

"Hindustan Times" qəzetinin məlumatına görə, polis rəsmiləri meşəlik ərazidə üsyançı qruplaşmalara qarşı əməliyyatlar aparan təhlükəsizlik qüvvələri ilə maoçu üsyançılar arasında qarşıdurma baş verdiyini açıqlayıb.

Səlahiyyətlilər qarşıdurmada 10 üsyançının öldürüldüyünü qeyd edərək, çoxlu silah və partlayıcı maddələrin ələ keçirildiyini bildiriblər.

Maoçu üsyançılar 1967-ci ildən bəri Hindistanın şimalında, şərqində və mərkəzində bir çox ştatlarda silahlı aksiyalar keçirirlər.

Üsyançılar deyirlər ki, qəbilə və yoxsul insanların daha çox hüquqları uğrunda mübarizə aparırlar.

Mövsüm

Aznews.az