Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Xayber Paxtunxva əyalətində dünən baş verən terror aktını pisləyib.
Nazirlikdən verilən yazılı açıqlamada bu ifadə işlədilib: “Pakistanın Hayber Paxtunxva əyalətində dünən baş verən terror aktını pisləyirik”.
Açıqlamada onlar hücumda həyatını itirənlərə başsağlığı verib, yaralananlara tezliklə şəfa diləyiblər.
Pakistan bundan sonra da həmrəylik içində olacağı bildirilib.
Qeyd edək ki, dünən Pakistanın Hayber Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan sərnişin mikroavtobuslarına silahlı hücum nəticəsində 42 nəfər ölüb, 30 nəfər yaralanıb.
Mövsüm
Aznews.az