Terror aktı törətməyə hazırlaşan terrorçu həbs olunub

22 Noyabr 2024 20:08 (UTC+04:00)

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) əməliyyatı nəticəsində PKK düşərgələrində xüsusi təlim keçmiş terrorçu Kadir Çelik saxlanılaraq məhkəmənin qərarı ilə həbs olunub.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Maoist Kommunist Partiyasının (MKP) üzvü olan “Savaş” kod adlı terrorçunun boz bülletenlə axtarıldığı və Türkiyədə böyük terror aktı törətməyə hazırlaşdığı bildirilib.