Pakistanda bombalı hücum olub

23 Noyabr 2024 20:00 (UTC+04:00)

Pakistan Hayber Paxtunxva əyalətində bombalı hücumla sarsılıb.

Pakistan mətbuatında yer alan xəbərə görə, vilayətin Bacaur bölgəsində iki ayrı bombalı hücum təşkil edilib.

Hücumdan sonra verilən açıqlamada biri mülki olmaqla 2 nəfərin həyatını itirdiyi bildirilib.

Digər tərəfdən, Bəlucistan və Hayber Paxtunxva əyalətlərində baş verən qarşıdurmalarda 7 silahlı öldürülüb.

Noyabrın 21-də Hayber-Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan avtomobilə silahlı hücum nəticəsində 42 nəfər həyatını itirib.

PAKİSTANDA TERROR HÜCUMLARI DAVAM EDİR

2024-cü ilin 10 ayı ərzində Pakistanda 785 terror aktı həyata keçirilib, nəticədə 951 nəfər ölüb, 966 nəfər yaralanıb.

Bu vəziyyət bütün ölkədə zorakılığın daim yüksək səviyyədə qaldığını göstərsə də, Pakistanda, xüsusilə Hayber Paxtunxva və Bəlucistan əyalətlərində tez-tez terror aktları həyata keçirilir.

Mövsüm

Aznews.az