"Yedioth Ahronoth" qəzeti İsrailin son aylarda Qəzza və Livanda təşkil etdiyi hücumlarda uzun müddət xidmət etdikdən sonra psixologiyası pisləşən ən az 6 İsrail əsgərinin intihar etdiyini bildirib.
İSRAİL RƏSMİ MƏLUMATLARI PAYLAŞMIR
Qeyd olunur ki, intihar edən İsrail əsgərlərinin sayının daha çox olduğu təxmin edilir, lakin İsrail ordusu bu günə qədər bu məsələ ilə bağlı rəsmi məlumatları paylaşmaqdan imtina edib və ilin sonunda bu məlumatları paylaşacağını bildirib.
İsrail ordusunun yaratdığı ruhi sağlamlıq klinikalarına minlərlə İsrail əsgərinin, eləcə də sahədə növbətçi psixoloqların müraciət etdiyi bildirilib.
Mövsüm
Aznews.az