Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.
Bu barədə MEDİA məlumat yayıb.
Qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər, müraciət dekabrın 2-si, saat 18:00-dək olacaq.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilməlidir.
Qeyd edilib ki, müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.
Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.