Serbiya parlamentində müxalifət və hakim partiya üzvləri arasında dava düşüb

25 Noyabr 2024 18:09 (UTC+04:00)

Skupştinada (parlament) müxalifət və hakim Serb Tərəqqi Partiyasının (SPP) rəhbərlik etdiyi hakim koalisiya üzvləri arasında dava düşüb.

Bu barədə Qanunvericilik Məclisinin saytında məlumat verilib.

Bazar ertəsi Serbiya parlamenti 2025-ci ilin büdcə layihəsinə baxmalı idi, lakin iclasın əvvəlində müxalifət deputatları ayağa qalxaraq hökuməti istefaya çağırıblar. Onlar əllərində “Korrupsiya öldürür” yazısı olan plakatlar tutaraq, Novi Sad dəmiryol vağzalında tavanın uçması nəticəsində baş verən ölümlərdə hakimiyyəti ittiham ediblər.

Hakim koalisiyanın üzvləri də öz növbəsində “Korrupsiya sizin ata adınızdır” sözləri yazılmış plakatlar asıblar.

Mövsüm

Aznews.az