Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippo bildirib ki, Rumıniyada keçirilən prezident seçkilərində müstəqil namizəd Kalin Georgeskunun mümkün qələbəsi Avropa İttifaqı və NATO-nun üzünə vurulan sillədir.
“Aİ və NATO-ya qarşı olan namizədin prezident seçkilərində qalib gəlməsi Rumıniyada böyük sürpriz oldu. Aİ və NATO-nun üzünə necə də möhtəşəm sillə vurdular”, o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Filippo həmçinin qeyd edib ki, Georgescu “Kiyev rejiminə maliyyə və hərbi dəstəyi dayandırmaq istəyən dünyanın tərəfdarıdır”.
Mövsüm
Aznews.az