Ermənistan XİN rəhbəri KTMT-nin Astanada keçiriləcək sammitində iştirak etməyəcək

25 Noyabr 2024 19:27 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Təhlükəsizlik Şurasının Astanada keçiriləcək birgə iclasında iştirak etməyəcək.

Bu barədə idarənin mətbuat katibi Ani Badalyan məlumat verib.

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şurasının Katiblər Komitəsinin birgə iclasında iştirak etməyəcək", - Badalyan qeyd edib.

Noyabrın 28-də KTMT komissiyasının birgə iclası keçiriləcək. Qazaxıstanın paytaxtında keçiriləcək görüşdə təşkilatın baş katibi İmanqali Tasmaqambetov və Baş Qərargah rəisi Andrey Serdyukov iştirak edəcək.

Mövsüm

Aznews.az