Sabah Xankəndidə tibbi aksiya keçiriləcək

26 Noyabr 2024 10:13 (UTC+04:00)

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası noyabrın 27-28-də Xankəndidə tibbi aksiya keçirəcək.

Məqsəd əhaliyə yerində xidmət göstərərək görmə patologiyalarının erkən mərhələlərdə dəqiq diaqnozunu qoymaq, bu patologiyaların müvafiq müalicə ilə həllinə dəstək vermək və göz sağlamlığını qorumaq üçün lazımi müayinə və müalicə tədbirlərini tətbiq etməkdir.

Məlumatda qeyd olunub ki, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait də yaradılır.