Siyavuş Novruzovdan sənədsiz evlərlə bağlı müraciət

26 Noyabr 2024 14:24 (UTC+04:00)

“Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir”.

Bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat evlərin sənədləşdirilməsində bələdiyyələrin də rolunun olduğunu bildirib.