AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib

26 Noyabr 2024 15:22 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılır.

Azərbaycan Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.