Xırda məsələləri böyütmək lazım deyil.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
"Dövlətin, hökumətin gördüyü işlər barədə çox danışmaq lazımdır. Əlbəttə ki, çatışmazlıqlar var. Amma deputatlar bununla bağlı yol göstərməlidirlər. Hər bir sözün arxasında faktlar, dərin məntiq durmalıdır. Əhalinin sosial müdafiəsi sahəsində böyük işlər görülüb”, - deyə o vurğulayıb.
Xatırladaq ki, bugünkü iclasda deputatlar sosial problemlərlə bağlı məsələlər qaldırıb, o cümlədən müharibə iştirakçılarının qruplaşdırılmasını, rayonlarda işsizliklə bağlı tədbirlər görülməsini təklif ediblər.