DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayı açıqlanıb

27 Noyabr 2024 13:19 (UTC+04:00)

İndiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin DOST mərkəzlərində 3,1 milyon vətəndaşa xidmət göstərilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, vətəndaşların 98 %-i onlara göstərilən xidmətlərdən razı qalıb.

"Hazırda DOST mərkəzlərində 160 xidmət göstərilir. 1 xidmətin göstərilməsi üçün orta müddət 8,3 dəqiqədir", - deyə nazir qeyd edib.