Vergi Məcəlləsindəki dəyişikliklər I oxunuşda qəbul edilib

27 Noyabr 2024 13:28 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda qəbul edilib.

Sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiq olunub.

Bundan başqa, deputatlar “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi" haqqında qanun layihəsini də I oxunuşda təsdiqləyib.