“Gömrük tarifi haqqında” qanunda dəyişiklik I oxunuşda qəbul edilib

27 Noyabr 2024 13:35 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gömrük tarifi haqqında" qanun layihəsi I oxunuşda qəbul edilib.

Sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiq olunub.