Baltik dənizində Dəniz Polisi yaratmaq lazımdır.
Bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.
O, "Air Policing" - Polşa döyüşçülərinin iştirak etdiyi hava məkanına nəzarəti xatırladıb. Onun sözlərinə görə, bu vasitə “ölkələri daha təhlükəsiz edir”.
“Mən tərəfdaşlarımızı Baltik sularında nəzarət və təhlükəsizliyə gəldikdə, Baltik dənizində yerləşən ölkələrin “dəniz patrulları”na dair oxşar formulun dərhal işlənib hazırlanmasının zəruriliyinə inandıracağam”, - deyə Tusk bildirib.
Mövsüm
AzNews.az