Rusiya Ermənistanın KTMT-də tam hüquqlu əməkdaşlığa qayıtmasına ümid edir

27 Noyabr 2024 19:01 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat brifinqində bildirib ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistanla tamhüquqlu tərəfdaşlığı bərpa etməyə ümid edir.

"Biz ümid edirik ki, dost ölkənin və ümumilikdə bütün regionun gələcək təhlükəsizliyi naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığımız tam şəkildə bərpa olunacaq", - o qeyd edib. "Biz təsdiq edirik ki, indiki məqamda İrəvanın KTMT-də tam hüquqlu əməkdaşlığa qayıtması üçün qapılar açıqdır", - diplomat izah edib.

Diplomat vurğulayıb ki, Rusiya heç bir ölkənin öz müstəqil kursunu təyin etmək, o cümlədən KTMT hadisələri ilə bağlı suveren hüququnu şübhə altına almır.

Mövsüm

AzNews.az