Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat brifinqində ABŞ raketlərinin Yaponiyada yerləşdiriləcəyi təqdirdə yenilənmiş nüvə doktrinasına uyğun olaraq proporsional tədbirlər görəcəyini bildirib.
"Biz görürük ki, Tokio qəsdən Tayvan ətrafında, o cümlədən informasiya məkanında gərginliyi qızışdırır. Bu yolla o, Vaşinqtonla sürətləndirilmiş militarizasiya və hərbi-texniki əməkdaşlığa haqq qazandırmağa çalışır. Biz Yaponiya tərəfinə dəfələrlə xəbərdarlıq etmişik ki, nəticədə belə əməkdaşlıqdan ABŞ-nin onun ərazisində orta mənzilli raketləri meydana çıxsa, bu, ölkəmizin təhlükəsizliyinə real təhlükə yaradacaq və biz lazımi və mütənasib addımlar atmağa məcbur olacağıq”,- deyə Zaxarova qeyd edib.
Mövsüm
AzNews.az