Suriyada vətəndaş müharibəsi yenidən alovlandı - HƏLƏB OD İÇİNDƏ

28 Noyabr 2024 02:11 (UTC+04:00)

Suriyada Hələb əyalətinin kənd yerlərində Bəşər Əsəd rejimi ilə rejim əleyhinə olan silahlı Heyət Təhrir əl-Şam (HTŞ) arasında toqquşmalar gedir.

Suriyada Hələb əyalətinin kənd yerlərində Bəşər Əsəd rejimi ilə rejim əleyhinə olan silahlı Heyət Təhrir əl-Şam (HTŞ) arasında toqquşmalar gedir.

Səhər saatlarında başlayan qarşıdurmalarda HTŞ-yə bağlı silahlı qruplar Əsəd rejiminin nəzarətində olan 32 kənd və məntəqəyə hücum edib.

Türkiyənin Anodolu Ajansında yer alan xəbərə görə, HTŞ Hələb şəhər mərkəzinə 5 kilometr daxil olub və bu gün nəzarətə götürdüyü ərazi 245 kvadrat kilometrdir.

Savaş davam edərkən Əsəd rejim raketlərlə mülki yaşayış məntəqələrini hədəfə alıb. Tutduğu bölgələrdə HTŞ Əsəd rejiminə məxsus ağır silahlar və hərbi maşınları ələ keçirib, onlarla rejim əsgərini əsir götürüb.

Rejimlə HTŞ arasında qarşıdurmalar davam edərkən, bölgədəki qarşıdurmalardan qaçan 10 minə yaxın mülki şəxs İdlib çölünə sığınır.

Hələbin mərkəzinə doğru şiddətlənən qarşıdurmalar davam edir.

AzNews.az