Trampın yeni administrasiyada irəli sürdüyü adlara bombalı təhdidlər edilib

28 Noyabr 2024 13:01 (UTC+04:00)

ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın A Komandasında üstünlük verdiyi bir çox ad bomba təhdidləri və saxta təcili xəbərdarlıqlarla hədəfə alınıb.

Trampın Ağ Evin sözçüsü seçdiyi Karolin Leavitt və ABŞ-nin Birləşmiş Millətlər Təşkilatında (BMT) daimi nümayəndəsi vəzifəsinə namizədliyi irəli sürülən Elise Stefanik bombalı hücum təhlükəsi ilə üzləşib.

Federal Təhqiqat Bürosunun (FTB) verdiyi açıqlamada Trampın yeni administrasiyada irəli sürdüyü adlara qarşı bomba təhdidləri və saxta təcili bildirişlər edildiyi, mövzu ilə bağlı digər təhlükəsizlik qurumları ilə əməkdaşlıq etdikləri ifadə edilib.

Trampdan bomba təhdidləri ilə bağlı heç bir açıqlama verilməyib.

Mövsüm

Aznews.az