Azərbaycanda “Kredit büroları haqqında” qanun dəyişib

28 Noyabr 2024 14:47 (UTC+04:00)

Prezident İlham Əliyev “Kredit büroları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun təsdiqləyib.

Yenilənmiş qanuna əsasən, bundan sonra vətəndaşlar kredit bürosunun müəyyən etdiyi qaydada barəsində büroya daxil olmuş neqativ məlumat haqqında ödənişsiz bildiriş ala biləcək.

Bildirişdə neqativ məlumatı verən məlumat təchizatçısı göstəriləcək.