Lukaşenko Ermənistanın KTMT sammitində iştirak etməməsinə münasibət bildirib

28 Noyabr 2024 19:22 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Təhlükəsizlik Şurasının Astanada keçirilən iclasında Ermənistan nümayəndələrinin iştirak etməməsi regionda mövcud geosiyasi vəziyyəti xarakterizə edir.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Bu gün ilk söz demək şərəfinə nail oldum, çünki erməni həmkarlarımız görüşdə iştirak etmirlər. Yeri gəlmişkən, bu, regionda mövcud geosiyasi vəziyyəti xarakterizə edir”, – Lukaşenko qeyd edib/

Mövsüm

AzNews.az