Gürcüstan parlamenti Kobaxidzeni baş nazir postuna təsdiqləyib

28 Noyabr 2024 15:33 (UTC+04:00)

Gürcüstan parlamenti İrakli Kobaxidzeni baş nazir postuna təsdiqləyib.

İclas qanunverici orqanın mətbuat xidməti tərəfindən "YouTube"-da yayımlanıb.

"Kobaxidzenin rəhbərlik etdiyi yeni hökuməti və onların proqramını 84 deputat dəstəkləyib",- parlamentin spikeri Şalva Papuaşvili bildirib. Heç kim bunun əleyhinə səs verməyib.

Qeyd edək ki, iclasda yalnız hakim “Gürcü arzusu” partiyası iştirak edib. Müxalifət parlament seçkilərinin nəticələrini tanımır.

Mövsüm

AzNews.az