Rusiya ilə Ukrayna arasında münaqişələr davam edərkən Yeni Zelandiyadan bir addım atılıb.
Xarici işlər naziri Uinston Peters yazılı açıqlamasında Rusiyaya ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) tədarük edən 7 İranlı şəxsin və 5 təşkilatın sanksiya siyahısına əlavə edildiyini açıqlayıb.
İranlıların silah köçürməsinin müharibəni asanlaşdırdığına diqqət çəkilib
Xarici İşlər Naziri Uinston Peters verdiyi yazılı açıqlamada aşağıdakı ifadələrə yer verib:
Bu yeni sanksiyalar Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Ukraynada cəbhə xəttində qeyri-qanuni kimyəvi maddələrin (Rusiya silahlı qüvvələri tərəfindən) istifadəsi ilə bağlı son tapıntılarına cavabdır.
Açıqlamada, yeni sanksiyaların Rusiyaya ballistik raket və PUA tədarük edən 7 İranlı şəxs və 5 təşkilatı hədəf aldığı bildirilib.
Bəyanatda iranlıların silah ötürməklə Rusiyanın Ukraynaya qarşı “müharibəsinə” şərait yaratdığı və Yeni Zelandiyanın dəstək verən şəxsləri və təşkilatları qınadığı bildirilib.
Mövsüm
AzNews.az