Gürcüstan 2028-ci ilə qədər Aİ ilə üzvlük danışıqlarına başlamayacaq

28 Noyabr 2024 20:52 (UTC+04:00)

Hakim “Gürcü Arzusu” partiyası Avropa İttifaqı (Aİ) ilə assosiasiyaya üzvlüklə bağlı danışıqların başlanması ilə bağlı müzakirələri 2028-ci ilə qədər dayandırmaq qərarına gəlib.

Bu barədə respublikanın baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

“Bu gün biz 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldik. 2028-ci ilin sonu Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlaması üçün iqtisadi baxımdan lazımi şəkildə hazırlanacağı vaxtdır”, - “ İmedinews” agentliyi onun sözlərindən sitat gətirib.

Kobaxidze əlavə edib ki, Gürcüstan assosiativ üzvlük və azad ticarət haqqında saziş üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcək və 2028-ci ilə qədər onları 90% yerinə yetirəcək.

Mövsüm

Aznews.az