Kamerunun şimalında qayıq qəzası nəticəsində azı 20 nəfər ölüb

29 Noyabr 2024 12:11 (UTC+04:00)

Kamerunun şimalında qayığın batması nəticəsində azı 20 nəfər ölüb.

Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hadisə şahidlərinin agentliyə verdiyi məlumata görə, gəmi "Logon-e-Şari" bölgəsindəki Darak adasından sərnişinləri daşıyarkən çevrilib.

Yerli KİV-in məlumatına görə, xilasedicilər itkin düşənlərin axtarışını davam etdirdiyindən daha çox insan tələfatı gözlənilir.

Mövsüm

AzNews.az