Milli Məclisin növbəti plenar iclası dekabrın 3-4-də keçiriləcək

29 Noyabr 2024 13:20 (UTC+04:00)

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 3-də və 4-də keçiriləcək.

Bu barədə spiker Sahibə Qafarova parlamentin noyabrın 29-da keçirilən plenar iclasının sonunda məlumat verib.

Sədr bildirib ki, toplantının gündəliyi barədə əlavə məlumat veriləcək.

AzNews.az