Suriya Silahlı Qüvvələri Hələb və İdlib əyalətlərinin kəndlərində gedən döyüşlər zamanı “Cəbhət ən-Nusra” qruplaşmasının yüzlərlə terrorçusunu məhv edib.
Bu barədə Suriya Ərəb Respublikasının (SAR) Müdafiə Nazirliyi məlumat yayıb.
“Silahlı qüvvələrimiz hücuma keçən təşkilatlara ağır itkilər verə, sıralarında olan yüzlərlə terrorçunu öldürə və yaralaya bildi. Suriya ordusu onlarla zirehli texnika və texnikanı məhv edib və 17 pilotsuz uçan aparatı vura bilib”, nazirliyin “Facebook” səhifəsindəki bəyanatda deyilir.
Mövsüm
AzNews.az