Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası seçki proqramında ölkənin Avropa İttifaqından (Aİ) çıxmasını müdafiə edib.
Bu barədə “Der Spiegel” qəzeti sənədin yekun layihəsinə istinadən yazıb.
Sənəddə deyilir: “Biz Almaniyanın Avropa İttifaqından çıxmasını və yeni Avropa icması yaratmasını zəruri hesab edirik”.
Proqramın müəllifləri bildiriblər ki, onlar Aİ-ni “iqtisadi maraqlar qrupu” ilə əvəz etmək niyyətindədirlər. Bundan əlavə, onların fikrincə, “Əsas Qanunun Avropa maddələrinin uyğunlaşdırılması” ilə bağlı referendum keçirilməlidir. Bu məqsədlə partiya konstitusiyadakı bir sıra “Avropa” maddələrinin dəyişdirilməsi ilə bağlı referendum keçirmək istəyir.
Mövsüm
AzNews.az