Iğdırda 201 ədəd Bizans sikkəsi ələ keçirilib

30 Noyabr 2024 08:21 (UTC+04:00)

Türkiyənin İğdır şəhərində tarixi əsər qaçaqmalçılığı əməliyyatında şübhəli saxlanılıb.

İğdır İl Jandarma Komandirliyi qrupları şəhər mərkəzində tarixi əsər qaçaqmalçılığı ilə məşğul olan şübhəlini təqib edib.

Şübhəlinin avtomobilini saxlayaraq axtarış edən qruplar Bizans dövrünə aid 201 qızıl sikkə ələ keçirib.

Mövsüm

AzNews.az