ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını açıqlayıb

30 Noyabr 2024 23:53 (UTC+04:00)

ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırıb.

Aznews.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

“ABŞ Avropa İttifaqı ilə (birlikdə) “Gürcü Arzusunun” Aİ-yə üzvlüyü dayandırmaq qərarına təəssüf edir. Biz öz konstitusiyalarına xəyanətə qanuni etiraz edən gürcülərə qarşı həddindən artıq güc tətbiq edilməsini qınayırıq – Aİ Kremlə qarşı istehkamdır. Ona görə də biz Gürcüstanla Strateji Tərəfdaşlığı dayandırdıq”, - deyə Metyu Miller brifinqdə bildirib.