Azərbaycanda yüksək qonaqpərvərliklə qarşılaşdıq.
Aznews.az xəbər verir ki, bunu İslandiyanın "Haukar" həndbol klubunun İdarə Heyətinin üzvü Qudyon Siquardson deyib.
O, ölkəmizə səfərdən məmnunluğunu ifadə edib:
" Bura gəldiyimiz ilk gündən yüksək qonaqpərvərliklə qarşılaşdıq. İnsanlarınız çox mehriban və gülərüzdürlər. Hər addımda isti münasibətlə üzləşdik. Yeməklərinizi də çox bəyəndik".
Klub rəsmisi Avropa Kubokunun III mərhələsində "Kür"lə keçirdikləri oyunları (30:25, 28:37) da dəyərləndirib:
"Yaxşı rəqibə qarşı iki matçda gücümüzü sınadıq. "Kür" hər iki oyunda bizə çətin anlar yaşatdı. Bununla belə, növbəti mərhələyə adladıq və buna görə sevinirik".