QHT İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə töhfə verdi

2 Dekabr 2024 11:59 (UTC+04:00)

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyi ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan gənclərinin iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı” layihəsini icra etdi.

Layihədə iki istiqamətdə fəaliyyətlər nəzərdə tutulmuşdu: maarifləndirici nəşr, eləcədə əyani maarifləndirmə işinin aparılması.

Layihə çərçivəsində nəşr edilmiş kitabçada (ingilis dilində) iqlim dəyişikliyinin aradan qaldırılması və ekoloji tarazlığın qorunub saxlanılması istiqamətində zəruri səylər, Azərbaycan Respublikası ərazisinin təbii və coğrafi şəraitinin unikallığı, flora və faunası barədə mühüm məqamlar, iqlim dəyişikliyi ilə mübarizə sahəsində ölkəmizin üzərinə götürdüyü öhdəliklər və bu istiqamətdə icra olunan layihələr; Qarabağın 30 illik işğalının ekoloji fəsadları – ekoloji terror barədə zəruri məlumatlar yer almışdır. Eyni zamanda COP29 ərəfəsində tələbə gənclər üçün təlim kursları təşkil edilmişdir. Təlimlər Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində fəal tələbə gənclərin iştirakı ilə baş tutdu. Layihəyə cəlb edilmiş ekspert, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov gənclərlə COP29-un əhəmiyyəti, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə rolu və sair bu kimi zəruri maarifləndirmə işi aparmış, ümumilikdə 105 gənc ölkəmizə səfər edən xarici gənclərlə ünsiyyət və ölkəmzin təbliği üçün tam məlumatlandırılmışlar.