Meksikanın Quanaxuato əyalətinin Apaseo del Qrande şəhərində bufetə və onun ətrafındakı müştərilərə silahlı hücum olub.
Ölkə mətbuatında yer alan xəbərə görə, hücum nəticəsində 9 nəfər hadisə yerində ölüb, 5 nəfər isə yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, hücum edənlər əvvəlcə köşkdəki insanlara, sonra isə ətrafdakı müştərilərə təsadüfi atəş açıblar.
Hücumun baş verdiyi əraziyə çoxlu sayda polis əməkdaşı göndərilib.
Qaçan hücumçuların tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb.
Mövsüm
AzNews.az