Gürcüstan prezidenti məktəbləri etirazlara qoşulmağa çağırıb

2 Dekabr 2024 16:34 (UTC+04:00)

Gürcüstan prezidenti Salome Zurabişvili məktəbləri hökumətə qarşı etirazlara qoşulmağa çağırıb.

O, X sosial şəbəkəsində (keçmiş Twitter) müvafiq mesaj dərc edib.

"Universitetlərin ardınca Gürcüstanda baş verən etirazlarla həmrəylik ifadə etmək növbəsi məktəblərə çatır",- deyə o yazıb.

İstifadəçilər prezidentin çağırışını mənfi qarşılayıb və onu uşaqlardan siyasi proseslərdə istifadə etmək istəyinə görə qınayıblar.

Mövsüm

AzNews.az