Almaniya MN Ukraynaya 650 milyon avro dəyərində hərbi yardım paketinin məzmununu açıqlayıb

2 Dekabr 2024 16:42 (UTC+04:00)

Almaniyadan Ukraynaya 650 milyon avro dəyərində hərbi yardım paketinə IRIS-T hava hücumundan müdafiə sistemləri, Leopard-1 tankları, həmçinin kəşfiyyat və hücum pilotsuz uçuş aparatları daxildir.

Bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Mitko Müller keçirdiyi brifinqdə məlumat verib.

“Uzunmüddətli siyahılara daxil etdiyimiz və bu il çatdırılmasını gözlədiyimiz [IRIS-T] SLS və SLM sistemləri. “Söhbət həmçinin döyüş maşınlarından, xüsusən də “Leopard-1” tanklarından, kəşfiyyat pilotsuz uçan aparatlarından və zərbə vuran dronların ilk partiyasından gedir”, - o qeyd edib. Yardım paketi haqqında məlumat "Tagesspiegel" saytında təqdim olunub.

Bundan əlavə, Müller əlavə edib ki, yardım paketinə atıcı silahlar və qış geyimləri də daxildir.

Mövsüm

AzNews.az