MSK sədri: Yeddi seçki dairəsinin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcəklər

2 Dekabr 2024 16:23 (UTC+04:00)

Bu dəfə də yeddi seçki dairəsinin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcəklər.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 2-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, həmin seçki dairələrinin seciciləri tamamilə məcburi köçkünlərdən ibarətdir:

"Onlar öz doğma torpaqlarında tamamilə məskunlaşdıqdan sonra orada bələdiyyə seçkiləri keçiriləcək. Bu, böyük hadisə olacaq".

AzNews.az