Ukrayna Silahlı Qüvvələrində (AFU) yeni dəyişikliklər gözlənilir.
Ukrayna prezidenti Voladimir Zelenski bu barədə Almaniya kansleri Olaf Şolzla keçirdiyi brifinqdə çıxışı zamanı qeyd edib.
“Konkret islahatlar və konkret həll yolları var. Bu qərarlar konkret şəxslər tərəfindən verilir. Bunlar baş verəcək son dəyişikliklər deyil”, – Zelenski bildirib.
Onun sözlərinə görə, Kiyev “daha sürətli hərəkət etməlidir”.
Mövsüm
Aznews.az