Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.
O, evində dünyasını dəyişib.
Məlumatı onun sənət yoldaşları təsdiq ediblər.
Tanınmış meyxanaçı 1980-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı.
Xəyyam Əhmədli Azərbaycan ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi “Hələ oğlun salamatdır” adlı meyxanası ilə məşhurlaşmışdı.
AzNews.az