Latviya Xarici İşlər Nazirliyi 13 Gürcüstan vətəndaşını persona non- qrata elan edib və onların Latviya ərazisinə girişinə qadağa qoyub.
“Xarici işlər naziri Baiba Braje 13 Gürcüstan vətəndaşının Latviya Respublikasında persona non qrata siyahısına daxil edilməsi barədə qərar qəbul edib”, - deyə departamentin saytında bildirilib .
Bu şəxslərin Latviyaya girişi qeyri-müəyyən müddətə qadağandır, adları açıqlanmır.
Ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, qərar digər Baltikyanı respublikalarla razılaşdırılaraq qəbul edilib.
Mövsüm
AzNews.az