Şuşada "İƏT ölkələri gənclər təşkilatları forumu"nun panel müzakirəsi keçirilib.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, panel müzakirəsi İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi çərçivəsində baş tutub.
Azərbaycan Gənclər Təşkilatları Milli Assambleyasının (NAYORA) baş katibi Nərminə Hüseynzadə gənclərin sosial mədəniyyətin mühərriki rolunu oynadığını xatırladıb: "Gənclər təşkilatları ilə siyasət arasında körpü qurmağa çalışırıq. Məqsədimiz gənclərin bilik və bacarıqlarını düzgün istiqamətdə paylaşmağa yönəltməkdir".
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov müsəlman dünyasında gənclərin rolunun artdığını qeyd edib: "Gənclərin sosial dəyişiklik uğrunda ortaya qoyduğu öhdəliklər onların fəallığını göstərir. Gənclərin siyasi icma yarada bilməsi üçün onlara fürsət yaradılmalıdır".
Panel müzakirələri mövzu barədə çıxışlarla davam edib.
AzNews.az