Konqoda naməlum xəstəlik səbəbindən 140-dan çox insan həyatını itirib

3 Dekabr 2024 17:10 (UTC+04:00)

Konqo Demokratik Respublikasının cənub-qərb əyalətində 143 nəfər naməlum xəstəlikdən dünyasını dəyişib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Kvanqo əyaləti qubernatorunun müavini Remi Saki və yerli Səhiyyə Nazirliyinin rəhbəri Apollinaire Yumba bir gün əvvəl bildiriblər ki, yoluxmuş insanlarda yüksək hərarət və şiddətli baş ağrıları da daxil olmaqla qripə bənzər simptomlar var.

Xəstəliyin müəyyən edilməsi üçün analizlərin aparılması üçün zonaya həkim briqadasının göndərildiyi qeyd edilib. Eyni zamanda, yoluxanların sayı artmaqda davam edir.

Mövsüm

AzNews.az