Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirdiyi əməliyyatlarda ümumilikdə 12 terrorçu zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada terrorçuların onları gözləyən sondan qaça bilməyəcəyi vurğulanıb.
Açıqlamada Suriyanın şimalında Fərat Qalxanı və Sülh Pınarı bölgələrində müəyyən edilən 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Açıqlamada, "Terror təşkilatları ilə mübarizəmiz, onlar harada olursa olsunlar, son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək!",-deyə vurğulanıb.
Nazirlikdən verilən digər açıqlamada isə 28-29 noyabr tarixlərində İraqın şimalında həyata keçirilən hava əməliyyatı nəticəsində 5 PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
Mövsüm
AzNews.az