AFP: Avropa atəşkəs üçün Ukraynaya qoşun göndərməyi müzakirə edir

3 Dekabr 2024 17:53 (UTC+04:00)

Avropada atəşkəs şərtlərinə əməl olunmasına nəzarət etmək üçün Ukraynaya qoşun yeritmək imkanını müzakirə edirlər.

"Agence France-Presse" (AFP) bu barədə Qərb diplomatlarına istinadən məlumat yayıb.

“Avropa qoşunlarının hər hansı mümkün atəşkəsin təmin edilməsi üçün yerləşdirilə biləcəyi ilə bağlı ilkin müzakirələr başlayıb”, - deyə agentlik bildirib.

Aydınlaşdırılır ki, müzakirə NATO daxilində deyil, ayrı-ayrı ölkələr arasında gedir.

Mövsüm

AzNews.az