Aİ liderlərinin Rusiya qazını rədd etmək çağırışları siyasi təbliğatdan başqa bir şey deyil, çünki hələlik Rusiya qazının Macarıstana nəqlinə alternativ yoxdur.
Macarıstanın xarici işlər naziri Peter Siyarto milli parlamentin iqtisadi komitəsində keçirilən dinləmələrdə bildirib.
“Rusiya qazını almamalıyıq deyə israr edənlər ya daha bahalı qazını sataraq pul qazanmaq istəyirlər, ya da sadəcə olaraq, dünyanın və regionumuzun nəqliyyat enerji xəritəsinin necə göründüyünü bilmirlər",- onun çıxışı qanunverici orqanın saytında yayımlanıb.
Siyarto xatırladıb ki, "Macarıstan Rusiya qazını “Türk axını” boru kəməri və onun qolları vasitəsilə Bolqarıstan və Serbiya ərazisindən alır, eyni zamanda, regiondakı digər boru kəmərləri sistemi də analoji yüklərin öhdəsindən gələ bilmir. Macarıstan Bolqarıstan, Rumıniya, Slovakiya, Yunanıstan və Türkiyə ilə birlikdə Avropa Komissiyasından Cənub-Şərqi Avropada qaz nəqli sisteminin yenilənməsi üçün vəsait ayırmağı xahiş edib, lakin “cavab olaraq sıfır alıb”. Amma əgər Rusiya qazından daha ucuz və etibarlı mənbə yoxdursa, ondan imtinaya çağırışlar “siyasi təbliğatdan başqa bir şey deyil”,- nazir vurğulayıb.
Mövsüm
AzNews.az