Cənubi Qafqazdakı vəziyyət müzakirə edildi

3 Dekabr 2024 20:23 (UTC+04:00)

Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələri sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuat Oktay “X”də yazıb.

O bildirib ki, görüş çərçivəsində regionda təhlükəsizlik, sabitlik və rifahın təmin olunması, regional kommunikasiyaların inkişafı və üç ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişafı barədə fikir mübadiləsi aparılıb.

F.Oktay, həmçinin qeyd edib ki, Cənubi Qafqazdakı normallaşma prosesi haqqında da danışılıb.

18:48

Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin üçtərəfli görüşü keçirilib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Nəsib Məhəməliyev təmsil ediblər.

Görüşdə hökumətlərin təqdim etdiyi layihələrin həyata keçirilməsində parlament diplomatiyasının rolu mövzusunda keçiriləcək müzakirələrdə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında siyasi, humanitar, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Həmçinin regional əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.