ABŞ səfiri Cənubi Koreyadakı vəziyyətin sülh yolu ilə həllini dəstəklədiyini bildirib

4 Dekabr 2024 11:48 (UTC+04:00)

Birləşmiş Ştatlar Cənubi Koreyadakı siyasi vəziyyətdən narahatdır və bunun sülh və konstitusiya yolu ilə həll olunmasının tərəfdarıdır.

Bu barədə ABŞ-nin Respublikadakı səfiri Filip Qoldberq Yonhap xəbər agentliyinə məlumat verib .

“Birləşmiş Ştatlar Koreya demokratiyasını və Koreya xalqını problemin dinc, demokratik və konstitusion yolla həllində dəstəkləyir”, - diplomat bildirib.

O, Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsinin onun üçün sürpriz olduğunu bildirib. Respublika prezidenti Yun Seok-yeolun belə bir addımı planlaşdırdığı barədə Vaşinqtona əvvəlcədən məlumat verilməyib. Diplomat qeyd edib ki, bu vəziyyət ABŞ-ni narahat edir.

Mövsüm

AzNews.az