2025-ci il yanvarın 1-dən bir sıra ölkələr BRİKS tərəfdaşı statusunu alacaq.
Bu kateqoriya Kazanda keçirilən bu yaxınlarda assosiasiya sammitində təqdim olunub. Belarus prezidenti Aleksandr Lukaşenko artıq ölkəsi üçün belə status aldığını bəyan edib.
Tailand, Malayziya, İndoneziya və Vyetnam da dəvətləri qəbul edib. Beləliklə, Cənub-Şərqi Asiya ölkələri assosiasiyanın gələcək tərəfdaşlarının əhəmiyyətli hissəsini təşkil edəcək. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenkonun təsdiq edib ki, ümumilikdə 13 dövlət BRİKS tərəfdaşı statusunu alacaq.
Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, BRİKS ölkələri dünya iqtisadiyyatının üçdə birindən çoxunu təşkil edir. BRİKS ölkələrinin iqtisadiyyatlarının orta artım tempi illik 4,4% təşkil edir.
Həmçinin qeyd edək ki, sentyabr ayında Türkiyə rəsmi olaraq BRİKS-ə üzv olmaq üçün ərizə təqdim edib.
Mövsüm
AzNews.az