Çində sahil mühafizəsi Filippin gəmisini su şırnaqları ilə vurub

4 Dekabr 2024 12:32 (UTC+04:00)

Çin Xalq Respublikasının (ÇXR) Sahil Mühafizəsi Filippin hökumət gəmisinə qarşı su şırnaqlarından istifadə edib.

Bu barədə Filippin Sahil Mühafizəsinin sözçüsü Cey Tarriela məlumat verib.

Hadisənin saat 06:50 \radələrində baş verdiyi bildirilir. Sahil mühafizə nümayəndəsinin sözlərinə görə, Çin nümayəndələri naviqasiya antenalarını hədəfə alıblar.

“CCG 3302 (Çin Sahil Mühafizəsi gəmisi - Red.) birbaşa naviqasiya antenalarını hədəf alaraq BRP Datu Pagbuaya gəmisinə su şırnaqlarından atəş açıb”, – Tarriela X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Mövsüm

Aznews.az